Tahir Kərimlinin təklifi Sahibə Qafarovanı əsəbiləşdirdi

Tahir Kərimlinin təklifi Sahibə Qafarovanı əsəbiləşdirdi
Deputat Tahir Kərimlinin Milli Məclisin avtoparkının yenilənməsini təklif etməsi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, deputat bildirib ki, parlamentdə uzun illər işləyən gənclər var: “Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyimiz həyalıdır deyə belə münasibət göstərmək olmaz”.

Spiker həmkarının çıxışına sərt reaksiya verib: “Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti "yiyəsi olmayan" məsələsinə gedib çıxdı. Ona görə mən əsəbiləşdim. Qaçqınlar, məcburi köçkünlər Qarabağa köçsün, onları yerləşdirəndən sonra danışarıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 233 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...