Bolqarıstan səfiri Türkiyə XİN-ə çağırıldı

Bolqarıstan səfiri Türkiyə XİN-ə çağırıldı

Bolqarıstanın Ankaradakı səfiri Xristov Çolakov Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bolqarıstanda keçirilən parlament və prezident seçkilərində seçicilərin Türkiyənin rəsmi orqanları tərəfindən istiqamətləndirilməsi, onların daxili işlərinə müdaxilə edilməsi ilə bağlı iddialar rədd edilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Bolqarıstanda 14 noyabrda keçirilən prezident və parlament seçkilərinə Türkiyənin müdaxilə etməsi iddiası ilə Türkiyənin Sofiyadakı səfiri Aylin Sekizkök də Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə səfirinin Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırılmasının və Bolqarıstan rəsmiləri tərəfindən əsassız ittihamların gündəmə gətirilməsinin qəbuledilməz olduğu Çolakova bildirilib.

Türkiyənin və Türkiyədəki səsvermədən Bolqarıstanın daxili siyasətində sui-istifadə olunmayacağının gözlənildiyi bildirilib və bu məsələləri ehtiva edən nota səfirə təqdim edilib.

Türkiyənin Sofiyadakı səfirliyi qarşısında keçirilən yersiz nümayişlərə və davranışlara reaksiya da qeyd edilib.

Mənbə: “Anadolu” agentliyi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...