"Baydenlə Putin Ukrayna mövzusunu da müzakirə edə bilər"

"Baydenlə Putin Ukrayna mövzusunu da müzakirə edə bilər"


"ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşdə Ukrayna məsələsi də müzakirə edilə bilər".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, prezidentlərin görüşünün keçiriləcəyi tarix, başqa parametrlər, heç şübhəsiz, Ukrayna mövzusu hazırda müzakirə edilir.

Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ prezidentlərinin görüşünə təmsil etdiyi qurumun əsaslı hazırlıq gördüyünü bildirmişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
842 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...