Parlament üzvündən Fransaya sərt tənqid: “Makron özü kimiləri ətrafına yığıb”

Parlament üzvündən Fransaya sərt tənqid:

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev Fransanı sərt şəkildə tənqid edib. Oxu.Az-ın məlumatına əsasən, Q.Həsənquliyev Azərbaycan ərazilərində müvəqqəti məskunlaşdırılmış Rusiya sülhməramlılarının nəzarətində yaşayan bir qrup erməninin Parisə səfər etdiyini xatırladıb.

Onun sözlərinə görə, Fransanın davranışı ləyaqətə sığmır. “Fransa həmişə türk dövlətlərinə qarşı riyakarlığı ilə seçilib. Fransa kimi ölkə bu cür ləyaqətsizliyi özünə necə sığdıra bilir?! Fransa bu hərəkəti ilə bölgəyə gəlişini əngəlləyir”, - deyə Q.Həsənquliyev əlavə edib. Deputat bildirib ki, Fransa Prezidenti Emmanuel Makron özü kimiləri ətrafına yığıb. “Hesab edirəm ki, Azərbaycan bütün sahələrdə Fransa ilə əlaqələrinə yenidən baxmalıdır”, - deyə Q.Həsənquliyev bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...