“Mən Azərbaycan Prezidentinin bu qərarını yüksək qiymətləndirirəm” – Paşinyan

“Mən Azərbaycan Prezidentinin bu qərarını yüksək qiymətləndirirəm” –

“Azərbaycan və Ermənistan iki ölkənin müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıblar”.

Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda media və ictimai təşkilatların suallarını cavablandırarkən deyib:

“Avropa İttifaqı prezidenti ilə telefon danışıqları zamanı paralel olaraq daha bir təşəbbüs ortaya çıxdı. Söhbət müdafiə nazirləri arasında birbaşa əlaqədən gedir. Məqsəd hadisələrin qarşısını almağa çalışmaqdır”.
Baş nazirin sözlərinə görə, o, bu təşəbbüsü şəxsən bəyənib. O, həmçinin bu cür ünsiyyətin regionda sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirib:

“Deyə bilərəm ki, əlaqə artıq qurulub. Mən bunu qiymətləndirirəm. Bu, çox vacibdir”.

Paşinyan belə bir əlaqənin iki ölkə arasında ilk dəfə olduğunu da dilə gətirib:

“Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında indiyədək heç vaxt belə təmas olmayıb. Bu, ilk dəfədir. Əlaqə yaranıb və mən Azərbaycan Prezidentinin bu qərarını yüksək qiymətləndirirəm. Bu operativ rabitənin nə dərəcədə effektiv olacağını zaman göstərəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...