“Tofiq Yaqublunun döyülməsini Prezidentlə əlaqələndirmək gülüncdür” - Rəsul Quliyev

“Tofiq Yaqublunun döyülməsini Prezidentlə əlaqələndirmək gülüncdür” -
“Tofiq Yaqublu birinci dəfə deyil ki, döyülür. Onun üzünün şiş olmasını 3-4 dəfə görmüşəm... Ümumiyyətlə, mitinq keçirənləri döymək yaramaz işdir”.

Pravda.az-ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev bildirib.

Sabiq spiker qeyd edib ki, vətəndaşa zor tətbiq etmək olmaz: “Tofiq Yaqublunun döyülməsini Prezidentlə əlaqələndirmək gülüncdür. Prezident bundan necə xəbər tuta bilər?! Böyük mitinq olmayıb ki... 5-10 nəfər toplaşıb, nəsə deyib, polislər də qovanda toqquşma olub... Bunu Prezident haradan bilə bilər?! Böyük ehtimal, nazirin də xəbəri yoxdur. Hadisənin başvermə səbəblərini araşdırmalı, törədənlər cəzalandırılmalıdır... İzahat verilməlidir. Orta əsrlər deyil ki, belə işlərlə məşğul olasan... Ümumiyyətlə, elə bir ölkə yoxdur ki, belə hadisələr baş verməsin. Bir müddət öncə, Əli Kərimlini də döymüşdülər. O, bu hadisələr baş verəndən sonra şikayət ərizəsi yazmadı. Niyə yazmamısan? Yaz, qoy baxmasınlar, Avropa Məhkəməsinə şikayət et. Sən axı müxalifətsən... Yalandan göstərməklə deyil ki... Tofiq Yaqublu da gərək şikayət ərizəsi yaza. Müxalifət nümayəndəsi olduğuna görə kiçik komissiya yaradılmalı, araşdırma aparılmalıdır. Təkcə sifəti göstərməklə kifayətlənmək lazım deyil, qanun yolu ilə də getmək lazımdır, əl çəkmək olmaz. Qanun pozan da gərək cavabını verə. Demirəm, döyülməlidir...”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 908 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...