“Ermənistan qaçılmaz seçim qarşısındadır” - Artak Zakaryan

“Ermənistan qaçılmaz seçim qarşısındadır” -
“Ermənistan qaçılmaz seçim qarşısındadır. Yeni müharibə və ya hakimiyyət dəyişikliyi olmalıdır”.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan Facebook səhifəsində yazıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Zəngəzur dəhlizi ilə bağlı bəyanatını xatırladıb:

“Uzun müddətdir ki, bu məsələ 44 günlük müharibədə məğlubiyyətin nəticələrindən biri kimi qiymətləndirilsə də, qlobal geosiyasi oyunda “Zəngəzur dəhlizi” adlanır. Ərazi rus-fars, eləcə də Hindistan-Çin maraqlarına zidd olan türk tərəfi üçün ən arzuolunan parçadır. Dəhliz məsələsi gündəmdən çıxarılmasa, deməli, yenə müharibə iyi gəlir. Çünki əcnəbi “sahiblərin” bir hissəsi Nikol Paşinyandan dəhlizin verilməsini tələb edir, digər hissəsi isə hər hansı “koridor” məsələsinin müzakirəsini qadağan edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 036 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...