Kreml Putin-Bayden danışıqlarından heç bir irəliləyiş gözləmir

Kreml Putin-Bayden danışıqlarından heç bir irəliləyiş gözləmir

Kreml Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentyi Co Bayden arasında danışıqlardan heç bir irəliləyiş gözləmir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu danışıqlardan heç bir irəliləyiş gözləmək lazım deyil. Bu, çətin dövrdə işgüzar söhbətdir. Avropada gərginliyin artması həddən çox yuxarıdır və bu, əlbəttə ki, yüksək səviyyədə müzakirə tələb edir”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Putin-Bayden danışıqları keçiriləcək. Rusiya və ABŞ liderləri videokonfrans formatında görüşəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 028 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...