“Qarabağla bağlı bəyanatları ürəkaçan deyil” - Sabiq XİN rəhbəri

“Qarabağla bağlı bəyanatları ürəkaçan deyil” -
Nikol Paşinyanın danışıqlarda Qarabağın Azərbaycandan ayrılma ehtimalının belə nəzərdə tutmaması ilə bağlı açıqlamaları təşviş doğurur.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. Onun sözlərinə görə, 44 günlük müharibənin hər cür mənfi və qəbuledilməz nəticələrinə haqq qazandırmaq və günahı əvvəlki hökumətin üzərinə atmaq cəhdləri ilə danışıqlar prosesinin nailiyyətlərini itirmək yolverilməzdir: “Baş nazirin belə danışığı xalq üçün qəbul edilməzdir. Onun Qarabağla bağlı bəyanatları ürəkaçan deyil. Azərbaycan və Türkiyə nə deyirsə desin, Qarabağ problemi həll olunmayıb, 1918-1920-ci illərdə, son 30 ildə də, indi də həll olunmayıb və olunmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
888 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...