Parlamentin boş qalan 5 yeri: “Yaxın vaxtlarda qərar..."

Parlamentin boş qalan 5 yeri:
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir müddət əvvəl parlamentin boş qalan yerlərinə yaxın zamanlarda seçkilərin keçiriləcəyini açıqladı.

Qeyd edək ki, hazırda parlamentdə 5 deputat yeri boşdur.

Xatırladır ki, ötən ilin 9 fevralında 125 dairə üzrə keçirilən seçkilərdən sonra 4 dairənin- 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv olunub. Ötən ilin 4 avqustunda isə 116 saylı Qəbələ Seçki Dairəsinin deputatı Fəttah Heydərov dünyasını dəyişib.

Seçkilərin nə zaman keçiriləcəyi ilə bağlı heç bir məlumat verilməyib. Məsələ ilə bağlı Cebhe.info-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, yaxın zamanlarda bu haqda qərar ola bilər:

“Parlamentin boş qalan yerləri ilə bağlı seçkilərin nə zaman keçiriləcəyini demək çox çətindir. Bu, Prezidentin müstəsna səlahiyyətinə daxil olan məsələdir. Bununla bağlı deyə bilərik ki, boş qalan 5 yer 200 minə yaxın seçici deməkdir. Parlament o deməkdir ki, xalqın iradəsi təmsil olunsun. Pandemiyadan dolayı müəyyən zaman keçib. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası tərəfindən söylənən fikir ən yaxın zamanda bu yöndə qərarın ola biləcəyi anlamına gəlir. Düşünürəm ki, həm insanların, həm müxtəlif siyasi təşkilatların, partiyaların, həm də keçmişdə özünü seçkidə sınamış namizədlərin gözləntisi var. Bu mənada çox ümidvarıq ki, parlamentin tam 125 nəfərlik tərkibdə formalaşması üçün bu seçkilər elan olunacaq. Boş qalan yerlər də xalqın layiqli nümayəndələri tərəfindən tutulacaq”.

Vilayət Muxtar



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
991 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...