Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı DƏYİŞDİ - Yeni gələn kimdir?

Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı DƏYİŞDİ -

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı yenə dəyişib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Operativ Məlumat Mərkəzi” Telegram kanalı yayıb.

Mənbə yazır ki, Qarabağdakı sülhməramlı qüvvələrə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

Qeyd edilir ki, komandirin dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.

Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtda Rusiyanın Qarabağ bölgəsində sülhməramlı kontingentinin komandir müavini olub.

Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisidir.

2021-ci ilin sentyabrından Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri vəzifəsində general-leytenant Gennadi Anaşkin çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...