Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşünün gündəliyi açıqlanıb

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşünün gündəliyi açıqlanıb
“Ermənistan dialoq nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını gözləyir”.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan iki ölkənin xüsusi nümayəndələrinin yanvarın 14-də planlaşdırılan görüşü barədə söyləyib.

O qeyd edib ki, Türkiyə hökuməti ilkin şərtlər olmadan dialoqa başlamaq yanaşmasını dəstəkləyirlər.

Diplomat bildirib ki, xüsusi nümayəndələrin ilk görüşü tanışlıq xarakteri daşıyacaq: “Bir görüşdən mühüm nəticələr gözləmək çətindir, ancaq bu, prosesi işə salacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...