Sərhəddəki gərginliklə bağlı Rusiya XİN-dən - Açıqlama

Sərhəddəki gərginliklə bağlı Rusiya XİN-dən -
“Moskva Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"Biz Ermənistan-Azərbaycan sərhədində növbəti gərginlikdən ciddi narahatıq. Tərəfləri güc tətbiq etməkdən çəkinməyə və bütün mübahisəli məsələləri siyasi və diplomatik vasitələrlə həll etməyə çağırırıq", - Zaxarova bildirib.

Onun sözlərinə görə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin “əsas resepti” Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...