“Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir” - Peskov

“Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir” -
“Ukrayna ilə sərhəddə gərginlik həddindən artıq yüksəkdir, ona görə də Rusiya təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın “CNN” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Moskva konkret təkliflərinə çox konkret cavab istəyir: “Sərhəddə, Avropanın bu hissəsində həddindən artıq çox yüksək gərginlik var. Belə bir vəziyyət qitəmiz üçün son dərəcə təhlükəlidir”.

Peskov həmçinin qeyd edib ki, ABŞ Rusiyanın guya Ukrayna ətrafında eskalasiya planlaşdırdığına dair iddialarına dair heç bir sübut təqdim etməyib: “Biz hələ də sübut gözləyirik”.

“CNN” aparıcısı Rusiyanın Ukraynaya hərbi eskalasiya və ya hücum planlaşdırdığına dair xəbərlərin olduğunu bildirib və D. Peskova bununla bağlı sual ünvanlayıb:

“Görürsən ki, bu baş vermir. Bu, birinci. İkincisi, dünən axşam biz cənab Sallivanın bəyanatını eşitdik (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan - Red). Və o, söz verdi ki, səhv etmirəmsə, 24 saat ərzində bu ittihamların sübutlarını dərc edəcək. Biz. hələ də bu sübutu gözləyirik. Bilirsiniz, biz saxta ittihamlar və ya saxta xəbərlər, yalanlar dünyasında yaşayırıq. Nə isə sübut edilənə qədər biz bunun yalan xəbər və yalan ittiham olduğuna inanmağa davam edəcəyik”, - Peskov cavab verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...