Poroşenkonun Ukraynaya qayıdışı Kremli maraqlandırmır

Poroşenkonun Ukraynaya qayıdışı Kremli maraqlandırmır

Kreml sabiq prezident Pyotr Poroşenkonun Ukraynaya qayıtması ilə bağlı vəziyyəti izləmir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə , bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, biz bunu izləmirik. Poroşenko Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin siyasi rəqiblərindən biridir. O, müxalifətdədir. Amma bu, bizim yaxından izləyəcəyimiz məsələ deyil”, - D. Peskov əlavə edib.

Kremlin sözçüsü onu da qeyd edib ki, Zelenskinin siyasi opponentləri Ukraynada çətin günlər keçirirlər: “Bu göz qabağındadır. Biz bunu qeyd edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...