Direktor: “Rus soyad sonluqlarından qurtarmaq lazımdır”

Direktor: “Rus soyad sonluqlarından qurtarmaq lazımdır”
“Zaman keçir, rus soyad sonluqlarından qurtarmaq lazımdır”.

Bunu APA-ya müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib. O bildirib ki, hər millətin öz atributları var: “Soyad sonluqlarından dərhal hiss olunur ki, həmin şəxs hansı millətdəndir. Problemin həll olunmamasının bir səbəbi də Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbəsindəki şəxslərin rüşvətxorluğudur. Dəyişiklik üçün yalnız “Doğum haqqında şəhadətnamə” təqdim edirsiz. Bu məsələ diqqətdən yayınmamalıdır. Bundan başqa insanlarda da tərpəniş olmalı, təbliğat aparılmalıdır. Son zamanlar milliləşmə prosesi durğunlaşıb. Əslində bunun üçün rüsum da lazım deyil. Bəzi şeylərə rüsum tətbiq olunmamalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
598 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...