“Bəzi açıqlamalara tələsik reaksiya verməməyə çalışırıq” – XİN rəsmisi

“Bəzi açıqlamalara tələsik reaksiya verməməyə çalışırıq” –

Münaqişədən öncə Azərbaycan icması erməni icmasının bəyanatlarına cavab verirdi. İndi isə postmünaqişə dövründə vəziyyət dəyişib.

Gundemionfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.

"İndi fikir verirsinizsə, artıq "icma" anlayışı yoxdur. Bizim üçün "Azərbaycanda yaşayan erməni vətəndaşları" anlayışı var. İndi biz Ermənistan XİN-in açıqlamalarının böyük hissəsinə cavab veririk. Bəzilərinə isə tələsik reaksiya verməməyə çalışırıq. Çünki biz artıq qalib dövlətik. Tələsik hər hansısa mövzuya reaksiya verilmir", - deyə XİN rəsmisi vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...