Səməd Seyidova yüksək vəzifə verildi

Səməd Seyidova yüksək vəzifə verildi

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.

“Strasburqda (Fransa şəhəri – red.) çox məsul vəzifəyə yekdilliklə seçilməkdən qürur duyuram”, - deyə Seyidov paylaşımında yazıb.

Qeyd edək ki, Səməd Seyidov həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
641 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...