Səməd Seyidov AŞPA-nı tənqid edib

Səməd Seyidov AŞPA-nı tənqid edib

“AŞPA artıq həll olunmuş münaqişədən danışmaqla real vəziyyətləri düzgün qiymətləndirmədiyini bir daha göstərir”.

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında monitorinq prosedurlarına həsr edilmiş qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

"Demək olar ki, Assambleya üzvlərinin əksəriyyəti bu məsələni artıq sessiyada qaldırıblar. Biz hadisələrin bugünkü real vəziyyətindən danışmalıyıq. AŞPA-da hələ də Qarabağ münaqişəsindən danışılır. Halbuki münaqişə həll olunub. Artıq belə bir münaqişə mövcud deyil. Olmayan münaqişəni qətnaməyə daxil etməklə Assambleya reallıqdan çox uzaq olduğunu nümayiş etdirir”, - o deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...