İranda matəm elan olunub

İranda matəm elan olunub
İranda tanınmış din xadimi, fəqih, ayətullah-üzma Lütfüllah Səfi Gülpayaqaninin vəfatı ilə əlaqədar fevralın 2-də ölkə üzrə matəm elan edilib.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Nazirlər Kabineti qərar qəbul edib.

Bildirilib ki, matəmlə əlaqədar din xadiminin yaşadığı və fəaliyyət göstərdiyi Qum şəhərində rəsmi bayramlar qadağan olunub.

Qeyd olunub ki, sabah Qum şəhərində mərhumla vida mərasimi keçiriləcək, oradan isə onun cənazəsi dəfn edilməsi üçün İraqın Kərbəla şəhərinə aparılacaq.

Xatırladaq ki, İranın tanınmış din xadimi, Mərceyi-Məclisin 12 üzvündən biri ayətullah-üzma Lütfüllah Səfi Gülpayaqani fevralın 1-də vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...