“Rusiya Ukraynaya təcavüz etmək niyyətində deyil” - Vasili Nebenzya
Rusiya Ukraynaya təcavüz etmək niyyətində deyil və və məsələnin diplomatik yollarla həllinin tapmasının tərəfdarıdır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya beynəlxalq təşkilatın Nyu-Yorkdakı baş qərargahında keçirilən mətbuat konfransında bildirib.
“Vəziyyət gözlənilmədən dəyişdi. Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə toplanması bölgədə baş verən hərəkətliliyin nəticəsi idi. İndi vəziyyət vətəndaş müharibəsinə doğru gedir və bizim üçün xüsusi əhəmiyyət kəsb edən diplomatik səylərə əsaslanaraq məsələni həll etməyə çalışırıq. Ukraynanın bəzi rəsmiləri Rusiyadan gələn qaçılmaz bir təhlükə görmədiklərini söyləyirlər, bilmirəm niyə onda eyni zamanda Rusiyanın gərginliyi artırtığını deyirlər”.
Ukraynanı Minsk razılaşmasını yerinə yetirməməkdə təqsirləndirən V.Nebenzya Moskvaya qarşı sanksiyalar tətbiq olunacağı təqdirdə, ABŞ və Avropa İttifaqının buna cavab verməli olacağını deyib: “Bizə qarşı o qədər sanksiya tətbiq olunub ki, artıq onların sayını xatırlamırıq. Heç nə baş verməmiş sanksiyadan danışırlar. Sanksiyalarla yaşamağı öyrənmişik. Ümid edirəm ki, bunu etməyəcəklər, ancaq bunun əksi olsa, əlbəttə cavab verəcəyik".
541 dəfə oxundu