"Putin Çin səfərindən sonra Türkiyəyə gələcək" - Ərdoğan

“Rusiya Prezidenti Vladimir Putin Çin səfərindən sonra Türkiyəyə səfər edəcəyini bildirib”.
"Putin Çin səfərindən sonra Türkiyəyə gələcək" -


“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri zamanı hava limanında jurnalistlərin Rusiya Prezidenti Vladimir Putinin ölkəsinə səfəri ilə bağlı suallarını cavablandırarkən deyib.

“Bu iki ziyarəti etmədən hansı daşı hara qoymağı düşünmək düz olmaz. Onunla görüşüb müzakirə aparmadan qərar vermək düzgün olmaz. Ukrayna ilə Rusiya arasındakı gərginliyi görmək, yaşamaq bizim üçün doğru yanaşma deyil”, - o bildirib.

Qeyd edək ki, V.Putin fevralın 4-də Çinə səfər edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...