TBMM-nin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi

  TBMM-nin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi
Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyası Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında imzalanan Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun təklifini qəbul edib.

Yeniavaz.com xəbər verir ki, millət vəkili Akif Çağatay Kılıçın sədrliyi ilə keçirilən komissiya iclasında xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran da iştirak edib.

Komissiya iclasında iki ölkə arasındakı münasibətlərin önəmi vurğulanıb.

Qeyd edək ki, ötən gün Türkiyə-Azərbaycan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsini ehtiva edən qanun təklifi Türkiyə parlamentinə təqdim edilib. Təklif Xarici İşlər Komissiyasına həvalə edilib. İki ölkə prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan bəyannamə Azərbaycan Milli Məclisi tərəfindən təsdiq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...