"Ramiz Mehdiyev dedi ki, mənim kefim belə istəyir" - Sabiq nazir

"Ramiz Mehdiyev dedi ki, mənim kefim belə istəyir" -
"Bir gün oturmuşdum otağımda, mənə xəbər gəldi ki, sizin institutun adı dəyişdirilir. Mənim də bundan xəbərim yox idi".

"Unikal" xəbər verir ki, bunu sabiq təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Laf TV-nin efirində çıxış edərkən deyib. O, bu xəbəri eşidən kimi AMEA-nın prezidenti Ramiz Mehdiyevə zəng etdiyini bildirib:

"Zəng etdim, telefonu açmadı. Daha sonra, bölmə və aparat rəhbərləri ilə əlaqə saxladım. Onlar da məsələdən xəbərsiz olduqlarını bildirdilər. Nəhayət, çox çətinliklə də olsa, Ramiz Mehdiyevlə danışa bildim. Mənə dedi ki, sənin nə işin var, dəyişirəm də. Mən soruşdum ki, niyə dəyişirsən, səbəb nədir? Ad dəyişməklə məzmun dəyişəcək ki? Kimin təklifi ilə dəyişirsən? Ramiz Mehdiyev dedi ki, mənim kefim belə istəyir, dəyişirəm.

Bizim instituta amorf bir ad qoymaq istəyirdi. Yəni, bu adamın 2 il 4 ay ərzində AMEA-ya vurduğu zərbəni heç kim vurmayıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
879 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...