Azərbaycan nümayəndə heyəti İrəvana gedəcək?

Azərbaycan nümayəndə heyəti İrəvana gedəcək?

Fevralın 21 və 22-də İrəvanda “Avronest”in Siyasi Məsələlər, İnsan Haqları və Demokratiya, eləcə də Enerji Təhlükəsizliyi Komitələrinin iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır.

Nəşrə məlum olub ki, Avropa strukturunun iclasları İrəvanda Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində baş tutacaq.

Azərbaycan nümayəndə heyətinin İrəvana gəlib-gəlməyəcəyi xəbərinə “Avronest”in Ermənistan üzrə nümayəndə heyətinin rəhbəri Mariya Karapetyan münasibət bildirib.

“Hazırda onların gəlib-gəlməməsi bəlli deyil, lakin ehtimal yüksəkdir”, - deyə o, qeyd edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
723 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...