Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ikinci görüşü olub

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ikinci görüşü olub
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirilib.

“Report” "Aysor"a istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret addımları müzakirə ediblər.

Danışıqların ikinci raundunda S.Kılıç və R.Rubinyan təsdiqləyiblər ki, yekun məqsəd Moskvada keçirilən ilk görüşdə deyildiyi kimi Ermənistan və Türkiyə arasında tam hüquqlu nizamlanmadır.

Qeyd olunub ki, proses ilkin şərtlərsiz həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...