Dövlət başçısı Avstriya Prezidentinə məktub ünvanlayıb
Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə məktub ünvanlayıb.
Gundeminfo.az-ın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli cənab Federal Prezident,
Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar təbrik məktubunuza görə təşəkkür edirəm. Mən də öz növbəmdə ikitərəfli əlaqələrimizdə bu əlamətdar tarix münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və xoş arzularımı yetirirəm.
Ötən dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur. Siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.
İnanıram ki, sağlam təməl üzərində qurulmuş ənənəvi dostluq əlaqələrimiz və qarşılıqlı maraq doğuran əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə də beynəlxalq strukturlar çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim rifah arzulayıram”.
569 dəfə oxundu