“Ukrayna Avropa Birliyinə üzv olacaq” - Avropa Komissiyasının rəhbəri

“Ukrayna Avropa Birliyinə üzv olacaq” -


“Ukrayna bizdəndir və biz onların Avropa Birliyində olmasını istəyirik”.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Euronews” telekanalına müsahibəsində bildirib.

Buna baxmayaraq, o, Ukraynanın xüsusilə sürətləndirilmiş proqram çərçivəsində Aİ-yə daxil olmaq şanslarının necə olduğunu açıqlamayıb.

“Ukrayna bizim tam həmrəyliyimizi istəyir və bunu görəcək. Ukrayna artıq bəzi proseslərə daxildir, məsələn, Ukrayna bazarı vahid bazara inteqrasiya olunur. Biz müxtəlif sahələrdə sıx əməkdaşlıq edirik. Zaman keçdikcə Ukrayna da bizə qoşulacaq. Bu ölkə bizdən biridir və biz onu Avropa Birliyində görmək istəyirik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Rusiyanın hücumu fonunda bir sıra Aİ ölkələri Ukraynaya hətta sürətləndirilmiş proqram çərçivəsində üzvlük perspektivlərinin verilməsinin mümkünlüyünü dəstəklədiklərini bəyan ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...