“Bizi də unutmayın” - Gürcüstan prezidenti Avropa İttifaqına səsləndi

 “Bizi də unutmayın” -


Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, Avropa İttifaqı onun ölkəsini bu quruma qəbulunu sürətləndirməlidir.

Zurabişvilinin Britaniyanın qəzetinə müsahibəsində söyləyib ki, Ukraynada baş verən hadisələr Avropa İttifaqına (Aİ) daxil olmaq istəyən qonşu ölkələr üçün yeni “imkanlar pəncərəsi” açıb.

“Biz (Rusiyaya) zəif nöqtələrimizin olduğunu hiss etdirməməliyik. Aİ bizim uzunmüddətli gözləntimizə cavab verməyin yollarını tapmalıdır. Bizə bir ailənin parçası olduğumuzu hiss etdirməlidir”, - deyə 69 yaşlı siyasətçi vurğulayıb.

Zurabişvili Ukraynadakı vəziyyət fonunda Avropanın göstərdiyi qətiyyəti alqışlayıb, lakin qeyd edib ki, 2008-ci ildə Gürcüstanda baş verən münaqişədən sonra Aİ eyni qətiyyət nümayiş etdirə bilməyib.

“Biz də Ukrayna qədər gözlədik...Biz də eyni yoldayıq, bizimlə də hesablaşmaq lazımdır... Bizi unutmaq olmaz”, - deyə o əlavə edib.

Mənbə: “Financial Times”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...