Şuşadan Xankəndi istiqamətində azan səsləndirilib

Şuşadan Xankəndi istiqamətində azan səsləndirilib
Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən Sübh namazına azan verilib.

“Report” xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib.

Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.

Bundan başqa, gün ərazində səsgücləndirici vasitəsilə Şuşadan Xankəndi tərəfə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üvertürası da səsləndirilir.

Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır. Hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...