"Azərbaycanla sülh sazişinin imzalanması prioritetdir” - Ermənistan XİN

 "Azərbaycanla sülh sazişinin imzalanması prioritetdir” -
“Hökumət Ermənistan və Cənubi Qafqaz regionu üçün dinc inkişaf erası elan etmək strategiyasını rəhbər tutur və təbii ki, bu istiqamətdə müəyyən addımlar atmağa hazır olduğunu göstərir”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan “Armenpress” agentliyinin sorğusuna əsasən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bəyanatını şərh edərkən deyib.
“Sülh müqaviləsinin konkret imzalanmasına gəlincə, biz dəfələrlə ən yüksək səviyyədə bəyan etmişik ki, bu, hökumətin prioritetlərindən biridir”, - Hunanyan deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...