"Zəngəzur dəhlizi həyata keçsə, Gürcüstanla İran arasında əlaqə yaranacaq"

"Zəngəzur dəhlizi həyata keçsə, Gürcüstanla İran arasında əlaqə yaranacaq"

“Hazırda Gürcüstanla İran arasında dəmir yolu xətti yoxdur. Əgər Zəngəzur dəhlizi həyata keçsə, bu, iki ölkə arasında dəmir yolu əlaqəsi yaranacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.

O vurğulayıb ki, bəziləri Gürcüstanın Zəngəzur dəhlizindən kənarda qalacağını iddia edirlər: “Lakin bu, doğru deyil, Gürcüstan da dəhlizdən istifadə edəcək”.

C.Bayramov söyləyib ki, rəsmi Bakı fərqli formatlar üzrə iş aparır: “Altılıq formatına gəldikdə isə, tərəflər kommunikasiya xətlərinin açılması prosesində maraqlıdırlar. Zəngəzur dəhlizindən Azərbaycan və Ermənistan da faydalanacaq. Həmin dəhliz işə salınarsa, 6 ölkə üçün faydalı olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...