ABŞ Senatı Putini hərbi cinayətkar elan edib

 ABŞ Senatı Putini hərbi cinayətkar elan edib
ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Senat Haaqa Beynəlxalq Cinayət Məhkəməsini Putinin Ukraynaya müdaxilə qərarını araşdırmağa çağırıb.
qətnamə respublikaçı senator Lindsey Qraham tərəfindən təqdim edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...