Rusiya XİN Ukraynaya qoşun və silah göndərən ölkələri hədələyib

Rusiya XİN Ukraynaya qoşun və silah göndərən ölkələri hədələyib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin hazırkı mərhələsindən danışıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Solovyov Live” verilişinin efirində aparıcının sualını cavablandırıb.

“Hazırda bizim müəyyən məsələlərlə bağlı ABŞ-la problemlərimiz var. Rəsmi Moskva Vaşinqtonla fəal danışıqlar aparmır”, - XİN rəsmisi deyib.

M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: “Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirliklikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərniə təhlükə yaradırlar. Bu, bütün dünya dövlətlərinə aiddir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
699 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...