"Azərbaycan birtərəfli qaydada Ermənistanı üçtərəfli bəyanatın öhdəliklərinin icrasına məcbur edəcək"
"Fərrux kəndi və ətraf ərazilər Ağdamın təhlükəsizliyi baxımından vacib əhəmiyyətə malikdir".
Bunu "Report"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O xatırladıb ki, Fərrux kəndi uğrunda Birinci Qarabağ müharibəsində çox qanlı döyüşlər gedib: "Bu kənd Azərbaycan və Ermənistan arasında dəfələrlə bir tərəfdən digərinin nəzarətinə keçib və son nəticədə biz oranı qoruyub saxlaya bilməmişdik. Fərrux kəndi, əlbəttə ki, Qarabağda mövcud olan və Ağdam, Əsgəran, Xankəndi, Xocalı ərazilərinə nəzarət etməyə imkan verən strateji bir yüksəklikdir. Digər tərəfdən, Ağdərə ilə Qarabağı bağlayan, yəni Kəlbəcər-Ağdərə avtomobil yolunun Fərrux kəndindəki yüksəklik vasitəsilə atəş altında nəzarətə götürülməsi mümkündür".
Hərbi ekspertin sözlərinə görə, Azərbaycan tərəfinin son günlərdə erməni təxribatına cavab olaraq, həyata keçirdiyi mövqe yerdəyişmələri məntiqli bir addımdır: "Çünki biz artıq ilyarıma yaxındır ki, erməni silahlı dəstə üzvlərinin bu ərazilərdən çıxarılacağını gözləyirik. Nə Rusiya sülhməramlıları öz üzərilərinə düşən vəzifələri sonuna qədər yerinə yetirir, nə də Ermənistan tərəfi Azərbaycanın verdiyi 5 bənddən ibarət təklifi tam qəbul edir. Əksinə olaraq, bu təkliflərə əlavələrini etməyi də özünə rəva bilir. Xatırladıram ki, Ermənistan ordusunun fəaliyyəti sıfıra bərabər bir şey oldu. Son günlərdə bir güllə atılmamış belə Rusiyanı və dünyanı ayağa qaldırmağa çalışdılar. Amma kimsə Ermənistanın əsassız səs-küyünə artıq inanmadı. Onların müttəfiqləri olan Rusiya da, hətta digər ölkələr də ermənilərin 30 il ərzində söylədikləri yalanlardan yorulduğunu nümayiş etdirdilər".
"Odur ki, Ermənistan tərəfi heç bir uzatma prosesinə yol vermədən, ən qısa müddətdə Qarabağdan silahlılarını geri çıxarmaqdan başqa çarəsi yoxdur. Bunu cənab Prezdentimiz də son bəyanatında vurğuladı ki, qaçqın və keçmiş məcburi köçkünlərin öz ərazilərinə qayıtmaları üçün əlindən gələni edəcəkdir. Odur ki, bu prosesləri təsadüfi hesab etmək olmaz. Birgə bəyanatın yerinə yetirilməsinə Ermənistan maneə törədərsə, Azərbaycan tərəfi birtərəfli qaydada həmin bəyanatdan irəli gələn öhdəlikləri Ermənistanın boynuna öz əli ilə qoyacaq", - Ədalət Verdiyev bildirib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.
2 274 dəfə oxundu