“Putin-Zelenski görüşünün indi keçirilməsi qeyri-məhsuldar olardı” - Lavrov

“Putin-Zelenski görüşünün indi keçirilməsi qeyri-məhsuldar olardı” -
Putin heç vaxt Zelenski ilə görüşməkdən imtina etməyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiya KİV-lərinə müsahibəsində bildirib.

“Putinlə Zelenski arasında görüş lazımdır. Lakin Rusiyaya danışıqlarda konkretlik lazımdır. İndi Putin və Zelenski arasında fikir mübadiləsi ilə üçün görüş qeyri-məhsuldar olardı”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Rusiya-Ukrayna danışıqlarında konkret nəticələr əldə olunandan sonra Putin və Zelenskinin bu nəticələri təsdiqləmək üçün görüşə biləcəklərini söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...