"Mixail Delyagin hüquqi məsuliyyətə cəlb edilməlidir" Elman Nəsirov

"Mixail Delyagin hüquqi məsuliyyətə cəlb edilməlidir"
"Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycana qarşı növbəti təxribat törədilib. Belə ki, Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu bir vaxtda Rusiya Dumasının komitə sədrinin müavini Mixail Delyagin ölkəmizə qarşı olduqca təxribat xarakteri daşıyan mövqe ortaya qoyub".

Bunu "Report"a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü, Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildiib ki, rusiyalı deputatın mövqeyinin proqramda müzakiə edilən məsələyə heç bir aidiyyəti olmayıb: "Mixail Delyagin hədələyici dillə Azərbaycanı guya ki, Ermənistanla razılaşdırılmış atəşkəs rejimini pozmaqda ittiham edib. O həmçinin ölkəmizi Ermənistana qarşı aqressiv hərəkətlərə yol verdiyini də bildirib və Azərbaycanı Türkiyənin əlatısı da adlandırıb. Bu fikirlərin Rusiyanın dövlət telekanalında deputatın dilindən səsləndirilməsi təəssüf doğurur. Bu şəxs onun fərqindədir ki, Azərbaycan və Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib".

İşçi qrupun üzvü qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasının rəhbərliyinə məlumat verilməlidir: "Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan, xələl gətirən, terrorçuluğu təbliğ edən, Azərbaycan dövlətinə qarşı həqarətli ifadələr işlədən bu deputata qarşı hüquqi müstəvidə addımlar atılmalıdır və o, hüquqi məsuliyyətə cəlb edilməlidir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 317 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...