Britaniya Rusiyaya “yox” dedi: BMT TŞ-nin iclasının keçirilməsinə razılıq vermədi

Britaniya Rusiyaya “yox” dedi:

London BMT Təhlükəsizlik Şurasının Buça hadisələri ilə bağlı iclasının keçirilməsinə razılıq verməyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında bildirib.

Zaxarova əlavə edib ki, aprelin 4-də Moskva yenidən BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edəcək.

Xatırladaq ki, Ukrayna hökuməti və bir sıra Qərb mediası, o cümlədən “Reuters” və AFP aprelin 3-də Buçadan meyitləri əks etdirən kadrları dərc ediblər.

“Reuters”in məlumatına görə, ölənlər mülki şəxslərdir. Şəhərin meri Anatoli Fedoruk AFP-yə bildirib ki, təsvir edilən insanlar güllələniblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...