Rusiya Bolqarıstan diplomatlarını ölkədən QOVDU

Rusiya Bolqarıstan diplomatlarını ölkədən
Rusiya martın əvvəlində Sofiyanın gördüyü oxşar tədbirlərə cavab olaraq Bolqarıstan diplomatik missiyasının 2 üzvünü Moskvadan çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında deyilir.

Bildirilir ki, aprelin 8-də Bolqarıstanın müvəqqəti işlər vəkili Nikolay Trifonov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu qərar barədə məlumat verilib. Diplomata Bolqarıstan diplomatik missiyasının iki əməkdaşının persona non qrata elan edilməsi haqqında nota təqdim edilib: “Bu tədbir Bolqarıstan tərəfinin mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin iki diplomatını “persona non-qrata” qəbul etdiyi əsassız qərara cavabdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 015 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...