“Əhali əvvəlki illərdən zəngin yaşamayacaq” - Deputat
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi buğda və unun ixracına məhdudiyyətlərin qoyulması barədə əmr imzalayıb. İyunun 15-dək ölkədən buğda və unun ixracına kvota tətbiq ediləcək.
Nəzərə alanda ki, Qazaxıstan Rusiya və Ukraynadan sonra Azərbaycanın buğda idxalında üçüncü sırada yer alır, o zaman sual yaranır: qərar ölkəmizə necə təsir edəcək?
Məsələ ilə bağlı millət vəkili Musa Quliyev Bakupost.az-a açıqlama verib.
Deputat düşünür ki, bunun Azərbaycana təsiri olmayacaq:
“Qazaxıstanla bir illik müqavilə bağlanıb. Lakin gələn il üçün yenidən müqavilələr bağlanmalıdır. Qazaxıstanın taxıla məhdudiyyət qoyması özünün daxili işidir. Bu, ölkə daxilində un və un məmulatlarının qiymətinin tənzimlənməsinə, eyni zamanda, gələcəkdə bu məhsulların baha satılması üçün bir vasitə kimi istifadə edilə bilər. Gələn il üçün müxtəlif bazarlar, mənbələr axtarılır. Təkcə Qazaxıstan, Rusiya ilə əlaqə saxlamırıq, başqa taxıl məhsulları ixrac edən ölkələrlə danışıqları davam etdiririk.
Ölkəmizdə bu il taxıl istehsalının yüksəldilməsi ilə bağlı lazımi tədbirlər də görülür”.
Millət vəkili ajiotaj və həyəcana bir əsas görmədiyini vurğulayıb:
“Bahalaşma olsa, yəqin ki, dövlət özü ya dotasiya verəcək, ya da kompensasiyaedici addımlar atacaq. Sosial paket isə hər il qəbul olunur, pensiyalar, sosial müavinətlər artırılır, birdəfəlik humanitar yardımlar göstərilir. Buna görə narahat olmağa dəyməz. Dövlətimiz kifayət qədər güclüdür. İqtisadi imkanlarımız genişdir. Digər tərəfdən neftin də dünya bazarında qiyməti qalxır. Həmçinin ixrac məhsullarımız da var. Cənab Prezident də bildirdi ki, ticarət balansımızda 5 milyard 100 milyonluq müsbət saldo var və ilin sonuna qədər bu artacaq. Yəni bizim gəlirlərimiz də artır. O gəlirləri də zəruri malların alınmasına və onların kompensasiya olunmasına xərcləyəcəyik”.
M. Quliyev qeyd edib ki, inflyasiyaya uyğun olaraq əməkhaqlarının artırılması ilə bağlı il ərzində tədbir görülə bilər:
“İlin əvvəlində minimum əməkhaqqı, pensiyalar da artırıldı. Minimum əməkhaqqının artırılması ilə əlaqədar olaraq vahid tarif cədvəli üzrə bütün kateqoriya işçilərin əməkhaqları qaldırılıb. Bu inflyasiyanın ilin ikinci yarısından enəcəyi proqnozlaşdırılır. Əgər inflyasiya davam edərsə, əməkhaqları, pensiyalar qaldırıla bilər. Qonşu qardaş Türkiyədə inflyasiya çox yüksək səviyyədədir, amma böhran yoxdur. Azərbaycan artıq 90-cı illərdə deyil, kifayət qədər ehtiyatlarımız və imkanlarımız var. Təbii ki, insanlarımız əvvəlki illərdən zəngin yaşamayacaqlar. Amma kasıblaşmanın da qarşısının alınması üçün hökumətin əlində kifayət qədər imkanlar var”.
1 236 dəfə oxundu