Rusiya sanksiyalar dövründə nefti gizli satacaq - ŞOK SXEM

Rusiya sanksiyalar dövründə nefti gizli satacaq -

Apreldə Rusiya neftinin tədarükünün təxminən 40 fazizi “naməlum istiqamətlərə” necə gedib?

Qərb sanksiyalar tətbiq etdiyi Rusiyanın neft ixracının nə qədər azaldığını öyrənməyə çalışsa da, Moskva ABŞ və Avropa İttifaqına təsir rıçaqları verməmək üçün bu statistikanı gizlədir. Məlumdur ki, Rusiya karbohidrogenlərinin həm hasilatı, həm də ixracı ilə bağlı məlumatların dərcini dayandırıb. Bu halda, Qərbin neft tankerlərinin hərəkətini izləməkdən və Rusiya ixracatında azalmanı təxminən hesablamaqdan başqa yolu qalmır.

“Bloomberg” gəmi izləmə məlumatlarına istinadən hesablayıb ki, Rusiya neftinin dəniz yolu ilə daşınması aprelin 15-dək olan həftə ərzində 25% azalaraq gündə orta hesabla 3,12 milyon barel təşkil edib. Rusiyanın “Urals” markalı nefti “Brent”ə nisbətdə 20-30 dollar endirimlə satılır. Halbuki əvvəllər bu fərq cəmi bir-iki dollar idi.

Rusiya neftinin idxalının faktiki həcmləri neft tankerlərinin hərəkətini izləyən saytların məlumatlarından fərqlənə bilər. Çünki rusiyalı satıcılar artıq İran və Venesuela kimi neftin mənşəyini gizlətmək üçün müxtəlif yollardan istifadə etməyə başlayıblar.Moskva artıq xaricə neft tədarükü üçün fəqli “sxemlər” sınaqdan keçirir. Bu sxemlər necə işləyir?

Rusiya neftinin avropalı alıcılara çatdırılması üçün iki “boz sxem” tətbiq olunur. Birinci sxem belədir: Baltik dənizində tanker transponderi söndürərək Rusiyanın Ust-Luqa və ya Primorsk limanına gedir. Rusiya nefti orada yüklənir və tanker yenidən dənizə çıxır. Neft artıq satıcıya çatdırılandan sonra tanker əvvəlki nöqtəsinə qayıdır və transponderi bu dəfə işə salırlar, yəni radarlarda yenidən görünür. Beləliklə, yük gəmilərinin hərəkətini izləmək mümkün olmadığı üçün tədarük edilən Rusiya neftinin həcmini də heç kim öyrənə bilməz.

İkinci sxem də əvvəlkinə oxşardır. Yalnız tanker Rusiya limanına daxil olanda və oradan artıq neftlə çıxanda radarlardan gizlənmir. Onun hərəkətləri ixtisaslaşmış saytlarda izlənilə bilər. Lakin bu tanker bu dəfə konkret bir təyinat yeri göstərmədən gedir. Bu tankerin Rusiya nefti ilə məsələn, Avropa limanına necə gəldiyini görmək mümkün olmur. Çünki açıq dənizdə transponderi söndürür, gizlicə daha böyük tankerə yaxınlaşır və həmin tankerə Rusiya neftini yükləyir. Artıq digər tanker “qara qızılı” Avropa limanlarına çatdırır.

Beləliklə, Rusiya neftinin hərəkətini izləyən Qərb analitikləri rəsmi rəqəmlərlə yanaşı, “boz sxem” üzrə təxmini tədarüklərinin həcmini də daxil edə bilərlər. Tankerinin Rusiya neftini dənizdə böyük tankerə daşıması təsadüfi deyil. Ekspertlərə görə, Rusiya neftini içəridə başqa neftlə qarışdırmaq üçün istifadə oluna bilər . Əgər Rusiya mənşəli nefti başqa neftlə 49%-dən 51%-ə qədər qarışdırsanız, o zaman orada Rusiya neftinin olduğunu sübut etmək demək olar ki, mümkünsüz olur.

Rusiya ekspertlərinə görə, tədarükün 25%-ə qədər azalması indikidə qorxulu deyil. Avropalılarla müqavilələrin müddəti başa çatdıqdan sonra Asiya tədarükçüləri ilə, xüsusən də Hindistan və Çinlə yeni müqavilələr bağlanacaq.

TankerTrackers.com-a görə, aprel ayında marşrutsuz tankerlərə 11,1 milyon bareldən çox neft yüklənib ki, bu da digər ölkələrdən daha çoxdur. Beləliklə, apreldə Rusiya neftinin tədarükünün təxminən 40%-i “naməlum istiqamətlərə” gedib” .



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 071 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...