MEDİA-nın Azərbaycanda "ilk" kimi təqdim etdiyi layihə tənqid edilir
Metrix güvənli olacaqmı və doğurdanmı ölkədə ilkdir ?
"Metrix.az” -milli rəqəmsal media təhlili platforması təqdim olunub
Sosial mediadan əldə etdiyim məlumatlara görə Metrix Medianın İnkişafı Agentliyinin layihəsidir.
Dərhal qeyd edim ki, Agentliyin niyyəti və təşəbbüsü təqdirəlayiqdir.
Amma yenə də MEDİA işi düzgün qurmayıb. Gundeminfo.az xəbər verir ki, bu barədə ekspert Osman Gündüz açıqlama verib.
Ekspert qeyd edib ki, dövlət resursu hesabına hazırlanan bir reytinq sisteminin bu formada təqdim edilməsi yolverilməzdir.
Bunun mütəxəssislərlə birgə ilkin müzakirəsi keçirmək, internet media bazarını ciddi analiz etmək faydalı olardı.
Qeyd olunub ki, sanki bu layihə ölkədə İLK-dir. Halbuki son 15 ildə mən ən azı üç bu tip layihə tanıyıram ki, Azərbaycanda fəaliyyət göstərib.
Hətta biri dövlət layihəsi idi.
20 il öncə yaradılan ilk10.az özəl layihə də əvvəlki funksionallıqla olmasa da, hələ də aktivdir.
Burada ən diqqət çən məqam dövlətin reytinq sisteminin güvənliyidir.
Düşünürəm ki, dövlər resursu hesabına hazırlanan bu sistemin kodları mütləq açıqlanmalıdır, şəffaflıq və güvənlik təmin edilməlidir.
İstifadəçilər öncədən bilməlidir ki, saytlar, xəbərlər hansı alqoritmlərlə analiz olacaq.
Bu kodları, alqoritmləri öncədən görmədən hansısa reytinqi kor-koranə qəbul etmək dövlət layihəsi üçün yolverilməzdir.
Süni botlar, robotların qarşısı necə alınacaq, hansı sistemlər tətbiq olunacaq, məlumat verilməyib.
Tam əminliklə deyə bilərəm, təcrübə də onu gösərir ki, kodlar açıqlanmadan təqdim olunacaq hansısa reytinqi güvənli hesab etmək problemli olacaq.
Burada daha ciddi hesab olunacaq məsələlər var. Əgər hansısa bir xəbər saytda silinəcəksə Metrix-dən də silinəcəkmi ?
Kim məsuliyyət daşıyır bunlara.
Gələcəkdə bu tip məsələlərlə bağlı, Metrix-in sövdələşmə obyektinə çevrilməsi ilə bağlı risklər yarana bilər.
Düşünürəm ki, şəffaflığın və güvənliyin yetərli olmadığı , dövlət resursu hesabına hazırlanan bu cür faydalı sistem daha təkmil formada təqdim olunmalıdır.
2 833 dəfə oxundu