"Sülh müqaviləsi ilə bağlı danışıqlara Azərbaycan nümayəndə heyəti hazırdır" - Prezident

"Sülh müqaviləsi ilə bağlı danışıqlara Azərbaycan nümayəndə heyəti hazırdır" -
Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfinin qəbul edilib.

Gundeminfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Fransanın Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edərkən deyib.

Dövlət başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu bildirib.

Görüşdə postmünaqişə dövrü və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Azərbaycan-Fransa münasibətlərinə toxunulub. Prezident İlham Əliyev ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronla Brüsseldə görüşünü və bu ilin fevralında videoformatda görüşünü qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...