Avstriya xarici işlər naziri: "Şərq Tərəfdaşlığı" özünü doğrultmur"

Avstriya xarici işlər naziri: "Şərq Tərəfdaşlığı" özünü doğrultmur"
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq hesab edir ki, "Şərq Tərəfdaşlığı" əməkdaşlıq formatı artıq işləmir.

"Report" xəbər verir ki, o, bu barədə "Financial Times"a müsahibəsində bildirib.

"Şərq Tərəfdaşlığı" işləmir. O, mövcud deyil. Biz Aİ-nin qonşuluq siyasətinin bütün konsepsiyasına yenidən baxmalıyıq", - Şallenberq bildirib.

Rusiyanın revanşist təhdidlərilə üz-üzə qalan Ukrayna, Moldova kimi ölkələrin gələcəyinə toxunan Avstriya rəsmisi qeyd edib: “Boşluq ola bilməz. Ya bizim, ya da başqalarının modeli olacaq”.

Xatırladaq ki, Aİ tərəfindən 2009-cu ildən tətbiq olunmuş "Şərq Tərəfdaşlığı" proqramının məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə əməkdaşlığı gücləndirmək olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...