Ukraynada bu ərazi Consonun adını daşıyacaq

Ukraynada bu ərazi Consonun adını daşıyacaq
Ukraynanın Vasilkov şəhərində Stuqna çayı üzərindəki yeni sahilə Böyük Britaniyanın Baş naziri Boris Consonun adı veriləcək.

"Unikal" xəbər verir ki, bu barədə şəhərin meri Natalya Balasinoviç məlumat yayıb.

"Vasilkov şəhərində açılışı olan Stuqna çayı üzərindəki yeni sahilimiz indi Ukraynanın böyük dostu, Böyük Britaniyanın baş naziri Boris Consonun adını daşıyacaq", - deyə o, bildirib.

O, həmçinin Consona Rusiya ilə müharibədə dövlətimizi dəstəklədiyinə görə təşəkkür edib:

“Məhz Boris Conson Ukraynaya tammiqyaslı hərbi yardım göstərmək qərarına gələn ilk Avropa lideri olub, ölkəmizin, xalqımızın rus işğalçısını məğlub etmək istəyini dəstəkləyib".

Xatırladaq ki, Conson Radada çıxış edərək Ukraynaya yeni hərbi yardım vəd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...