“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır” - ABŞ kəşfiyyatının rəhbəri
ABŞ kəşfiyyat dairələri hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi yaxın aylarda “daha gözlənilməz hal alacaq və gərginləşəcək”.
Bu barədə Konqresə Milli Kəşfiyyatın direktoru Avril Heyns bildirib.
Heyns Putinin işğalının növbəti mərhələsinin acınacaqlı və qeyri-müəyyən mənzərəsinə diqqət çəkib.
O bildirib ki, Rusiyanın növbəti addımını qismən proqnozlaşdırmaq çətin olacaq, çünki “Putin öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı imkanları arasında uyğunsuzluqla üzləşib”.
Heyns deyib ki, vəziyyət Putinin daha güclü addımlar atması ehtimalını artıra bilər: “O cümlədən, hərbi vəziyyət, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya potensial olaraq hərbi əməliyyatların eskalasiyası”.
Onun sözlərinə görə, kəşfiyyat dairələri Putinin Rusiyanın mövcudluğuna təhlükə hiss etməsə, nüvə silahından istifadə edəcəyinə inanmır.
ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Skott Berrier də qeyd edib ki, ABŞ Rusiyanın nə vaxtsa taktiki və ya nüvə silahından istifadə edəcəyini gözləmir.
Heyns həmçinin bildirib ki, Putinin məqsədləri Donbassdan çox-çox kənara çıxır: “Uğur qazansalar belə, Donbasdakı döyüşlərin faktiki olaraq müharibəni bitirəcəyinə əmin deyilik”.
Onun sözlərinə görə, qısa müddətdə Putin Donetsk və Luqansk vilayətlərini ələ keçirmək və potensial olaraq tanınmamış Dnestryanıya quru yolunu genişləndirmək istəyir. Amma kəşfiyyat dairələri hesab edir ki, Dnestryanıya çatmaq üçün Putin Rusiya daxilində tam səfərbərlik aparmalı olacaq, hansı ki, hələ bunu etməyib.
“Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyişə davam edə biləcəklərinə inandıqlarına görə, ən azı qısamüddətli perspektivdə əlverişli danışıqlar yolu görmürük”, - deyə Hayns bildirib.
Mənbə: CNN
934 dəfə oxundu