"Lap Marsa birləşdirmək istəsinlər, Ukrayna Xersonu azad edəcək"

"Lap Marsa birləşdirmək istəsinlər, Ukrayna Xersonu azad edəcək"
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun fikirləri, həmçinin ölkənin Xerson vilayətindəki işğalçıların çağırışlarına cavab verib.

“Report” xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi tviterdə yazıb:

“Xerson vilayətinin “qaulayter”lərinin hazırlaya biləcəyi yeganə müraciət məhkəmə hökmündən sonra əfv diləməkdir. İşğalçılar lap Marsa, lap Yupiterə birləşmək istəsinlər. İstilaçıların hansı söz oyunu oynamasına baxmayaraq, Ukrayna Ordusu Xersonu azad edəcək”.

Xatırladaq ki, Xerson vilayətinin işğalından sonra işğalçı qüvvələr tərəfindən regiona təyin edilən rəhbərlər vilayətin Rusiyaya birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəklərini açıqlayıblar. Eyni zamanda bu məsələni Kremlin sözçüsü Dmitri Peskov da şərh edib: "Sözsüz ki, belə bir müraciətin olub-olmamasına Xerson vilayətinin sakinləri qərar verməlidirlər. Xerson vilayətinin sakinləri öz taleyini müəyyən etməlidirlər. Təbii ki, bu, aydın və diqqətlə yoxlanılmalı və hüquqşünaslar və hüquq ekspertləri tərəfindən qiymətləndirilməli məsələdir. Çünki, əlbəttə, bu cür taleyüklü qərarlar Krımda olduğu kimi, tamamilə aydın hüquqi bazaya, əsaslandırmaya malik olmalı, tamamilə qanuni olmalıdır”.

Qeyd edək ki, Mixaylo Podolyakın istifadə etdiyi “qaulayter” ifadəsi nasist Almaniyası dövrünə aiddir. Nasist partiyasının ölkənin regionları üzrə ali nümayəndəsinə qaulayter deyilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...