“Bar uşaqları Prezidentin tapşırıqlarını yerinə yetirmir” - Hafiz Hacıyev
Prezidentin hökumətə verdiyi tapşırıqlar yerinə yetirilmir...
Müasir Müsavat Partiyasının sədri: “Bu gün ölkədə elə bir vəziyyət yaranıb ki, cənab Prezidentin tapşırıqlarını heç kəs yerinə yetirmir”.
“Vəzifədə olanların çoxu saat 6-a qədər ofislərində katibləri ilə “oynayırlar”. Saat 6-dan sonra da barlara gedirlər”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə baş verən neqativ halların günahkarları barədə PİA.az-a danışanda deyib.
Bildiyimiz kimi aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi. Hökumət başçısı həmin müşavirədə qiymətlərin süni surətdə artırılması hallarının mövcudluğundan danışdı. Prezident süni qiymət artımının qarşısının alınması, eləcə də çörək və digər məhsulların qiymətinə nəzarət etmək üçün hökumətə tapşırıqlar verdi. Nazirlər Kabineti isə öz növbəsində çörəklə bağlı yerli bazarda monitorinqlər apardıqlarını bəyan etdi. Amma üstündən 1 ay vaxt keçməsinə baxmayaraq aparılan monitorinqlərdən heç bir xəbər yoxdur. Ölkədə də çörəyin çəkisi günü-gündən azalır, qiyməti isə bahalaşır.
Bəs çörəklə bağlı aparılan monitorinqlərin nəticəsi niyə ictimaiyyətə açıqlanmır? Buna kimlər mane olur?
Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.
Hafiz Hacıyev: “Kərəm Həsənovun yerinə təyin edilən “uşağ”ın başına srağagün barda qızlar butulka çırpırdı. Nazirlər Kabineti də çörəyə nəzarət etməyi bunlara tapşırıb”.
Prezident və xanımınin xalqla bir yerdə olduqlarını xatırladan partiya sədri bildirib ki, onların vəzifəyə təyin etdikləri xalqla bir yerdə olmurlar:
“Bu gün ölkədə elə bir vəziyyət yaranıb ki, cənab Prezidentin tapşırıqlarını heç kəs yerinə yetirmir. Çünki kadr islahatları adı ilə cavan uşaqları vəzifəyə gətirdilər. İndiki cavanların çoxu da barda içki içməklə, əyyaşlıqla məşğul olurlar. Buna görə də onlar öz işləri ilə məşğul olurlar. Prezidentin verdiyi tapşırıqlar da havada qalır.
Müasir Müsavat Partiyasında islahatlar aparılacaq və yeni kadrlar partiyaya gətiriləcək. Bundan sonra biz çox ciddi şəkildə mübarizəyə başlayacağıq. Bu gün Prezident təklənib və onun komandası ona işləmir. Bütün məmurlar çalışırlar ki, xalqın yaralı yerinə duz bassınlar. Cənab Prezident xalq üçün həyatını fəal edir. O xalqın yaxşı yaşaması üçün nə lazımdırsa, onu da edir. Amma vəzifəyə gətirilən “uşaqlar” onun tapşırıqlarını yerinə yetirmir.
Məsələn Kərəm Həsənovun yerinə təyin edilən “uşağ”ın başına srağagün barda qızlar butulka çırpırdı. Nazirlər Kabineti də çörəyə nəzarət etməyi bunlara tapşırıb. Yəni tapşırıq verilən adamlar yerində olan adamlar deyil. Buna görə də elə bir vəziyyət yaranıb ki, bütün xalq dövlətdən narazıdır. Başqa misal Nefçalanın icra başçısını deyim. O adam günü çox hissəsini barlarda olur. Eləcə də Ağstafanın icra başçısını deyə bilərəm. Onun həyat yoldaşı onu məcbur edib 600 minlik maşın atdırıb.
Hafiz Hacıyev: “Bu gün Prezident təklənib və onun komandası ona işləmir”.
Belə vəzifədə olanların çoxu saat 6-a qədər ofislərində katibləri ilə “oynayırlar”. Saat 6-dan sonra da barlara gedirlər. Əmlak komitəsinin xidmət rəisi də belələrindəndir. MMC sədri tanıyıram ki, həyat yoldaşı paltar tikdirmək üçün Fransadan 100 min dollarlıq modelyer gətirdir. Cənab Prezident də bunları bilmir. Bu pullarla görün neçə qaziyə kömək etmək olar. Cənab Prezident həmişə məmurlara deyir ki, siz xalqın xidmətçisi olmalısınız. Buna görə də xalqla bir yerlə işləyin.
Prezident və xanımı xalqla bir yerdə olurlar. Amma onların vəzifəyə təyin etdikləri xalqla bir yerdə olmurlar.
Mən Hafiz Hacıyev olaraq qorxmadan ölkədə olan hər bir problemi deyirəm. Çünki mən cənab Prezidentdən ötrü gəncliyimi, ürəyimi qurban vermişəm. Buna görə də biz partiya olaraq yenə də bu işimizi davam etdirəcəyik. Bildiyimiz və araşdırıldığımız bütün neqativ halları ölkə prezidentinə çatdıracağıq.
İndi də deyirlər ölkədə xaos yaranıb. Həmçinin qazilərimizi döyürlər, söyürlər. Onların pullarını vermirlər. Heç şəhidlərimizə də hörmət etmirlər. Bir erməni naziri Sosial Müdafiəyə nazir qoyublar. O da at oynadır. Sahil Babayevin nənəsinin qəbri Bərdə qəbiristanlığındadır. Ona baxsalar görəcəklər ki, o ermənidir. Belə nazirlər bizdən qisas alırlar. Ölkədə ciddi şəkildə cənab Prezidentə xəyanət etmək komandası yaradılıb. Bunu da gizlətmək yox, açıq demək lazımdır. Əgər bu faktlar gizlədilsə, gələcəkdə Azərbaycanda böyük xaos olacaq. Bu xaosun da bünövrəsini artıq qoyublar.
Hafiz Hacıyev: “Nə qədər Azərbaycanda bar uşaqları var, ölkədə heç bir qanun icra olunmayacaq”.
Ölkə dağılıb gedir. Bəzi nazirlər Prezidentin yerinə keçmək üçün xarici dövlətlərlə çox ciddi işlər aparırlar. Gələn həftə mən müəyyən telekanallarda çıxış edəcəm və bütün bunların hamısını açıq şəkildə deyəcəm. Ölkədə tək çörəyin deyil, bütün ərzağın qiyməti qalxıb. Amma heç bir məmur maraqlanmır. Prezident ölkədə korrupsiyaya qarşı mübarizə apardığına görə onu yıxmaq istəyirlər ki, növbə dalğa onlara çatmasın.
Rayon təşkilatlarımız bizə məlumatlar verir. Bizə ölkədən ciddi siqnallar gəlir. Məsələn bu günlərdə Gəncə şəhər təşkilatı bizə məlumat verib ki, Gəncənin regional əmək məsələləri üzrə xidmət rəisi milyonlarla rüşvət alır. Biz də bunu lazımı deyrlərə çatdırdıq və onu vəzifədən kənarlaşdırdılar. Harada belə rüşvət olsa, biz onlar barədə tədbir görəcəyik.
Nə qədər Azərbaycanda bar uşaqları var, ölkədə heç bir qanun icra olunmayacaq. Çünki onlar qanunun nə olduğunu bilmirlər. Düşünürəm ki, ölkədə ciddi kard islahatları aparılmalıdır. Təcrübəli, dövlətin qədrini bilən insanlar da vəzifəyə gətirilməlidir. Kiminsə qohumudur deyə vəzifəyə təyin edirlər. Belə neqativ hallara görə artıq Azərbaycan müstəqilliyini itirmək ərəfədədir”.
1 479 dəfə oxundu