Qarabağa “müstəqillik”, Ordumuzun Füzuliyə qədər çəkilməsi və… - erməni müxalifətinin tələbi
Artıq 10 günə yaxındır ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilir. Robert Kkoçaryan vəİşxan Saqatelyanın rəhbərliyi ilə keçirilən bu aksiyalar vətəndaş itaətsizliyi səviyyəsinə çatdırılıb. Gundeminfo.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, erməni müxalifətinin əsas tələbi Paşinyanın istefa verməsi və Azərbaycanla danışıqları dayandırmasıdır.
Xüsusilə bu tələblərdən biri də Qarabağla bağlıdır. Erməni müxalifəti iddia edir ki, Qarabağ Azərbaycanın tərkibinə verilə bilməz.
Bu əsnada bildirək ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün qarşılıqlı razılaşma əldə olunub. Həmin razılaşmaya əsasən sərhədlərin müəyyən edilməsi və sazişin hazırlanması üçün birgə komissiya yaradılmalıdır. Tərəflər bir birlərinə 5 və 6 bəndlik təkliflər də veriblər. Bakının təkliflərində əsas vurğu sərhədlərin müəyyən edilməsi və sülh sazişinin ərazi bütovlüyünün tanınması ilə imzalanmasıdır. Erməni tərəfi isə öz təkliflərində demək olar ki, Qarabağ məsələsindən imtina etmiş kimi görünür. Onlar Qarabağ məsələsinin onlar üçün prinsipial olduğunu qeyd etsələr də, onun statusunun sonra müəyyən edilməsini, ona qədər isə orada yaşayan ermənilərin təhlükəsizliyinə zəmanətin verilməsini istəyirlər. Qeyd edək ki, rəsmi Bakı komissiyanın tərkibini artıq müəyyən edib. Elə Ermənistan da bu məsələdə addım atdığını bəyan edib. Sabah isə Moskvada komissiyanın ilk iclasının keçiriləcəyi gözlənilir.
JAMAZ.İNFOxəbər verir ki, erməni müxalifəti bu şərtlər çərçivsində danşıqlara qarşıdırlar. Hətta bir qədər də irəli gedərək, hakimiyyətə gələrlərsə, danışıq aparmaq qüçün Azərbaycana 7 bəndlik təklif göndərəcəklərini bəyan ediblər. Həmin təkliflər isə açıq şəkildə Azərbaycana meydan oxumaqdır.
Politoloq Stepan Həsən-Cəlalyanın dilindən səsləndirilən bu təkliflərdə deyilir ki, birinci bənd olaraq, Azərbaycanda həbsdə olan erməni diversantların hamısının geri qaytarılmasıdır.
İkinci bənddə qeyd olunur ki, Azərbaycan Ordusu Qqaragöl, Sünik və Kəlbəcərdəki mövqelərindən geri çəkilməlidirlər. “Həmin ərazilər Ermənistanın ərazilərdir və Azərbayca Ordusu oranı tərk etməlidir”.
Həsən-Cəlalyan üçüncü bənddə bir qədər də irəli gedərək, Azərbaycandan Şuşada imzalanmış Şuşa Bəyannaməsinin ləğv edilməsini tələb edəcəklərini dilə gətirib.
Bu azmış kimi, erməni müxalifəti o qədər qudurğan və həyasız bir yanaşma ortaya qoymağa hazırlaşır ki, bu yeni müharibə deməkdir. “Qarabağın “konstitusiyası” ilə təsbit olunmuş ərazilər geri qaytarılmlalı, Azərbaycan Ordusu 26 sentyabr 2020-ci ildəki mövqelərinə geri qaytmalı və status-kvo bərpa edilməlidir. Bbeşinci bənd isə Qqarabağın “müstəqilliyi”nin tanınması olacaq”.
Həyasız tayfanın nümayəndəsi daha sonra Azərbaycandan qondarma “erməni soqyırımını” tanınmasını tələb edəcəklərini də açıqlayıb. Yeddinci bənddə isə “Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyi, ərazi bütövlüyünü təhdid etməkdən, BMT Nizamnaməsinin məqsədlərinə zidd güc tətbiq etməkdən çəkinmək” sözləri yer alacaq.
Bildirək ki, Ermənistan müxalifətinin belə bir təkliflə çıxış etməsi Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində gərginliyin yenidən baş qaldırmasına gətirib çıxaracaq. Çünki Bakı heç bir şəkildə bu hədyan və həyasızcasına hazırlanmış təklifləri qəbul etməyəcək və edə də bilməz. Digər tərəfdən, ermənilərin Qarabağda və sərhəddə təxribatlara da əl atması qaçılmaza çevriləcək ki, bu da adekvat cavabın verilməsini şərtləndirəcək.
Xüsusən “Qarabağın müstəqilliyini tanımaq” və “Ordunun 26 sentyabr 2020-ci ildəki mövqelərinə geri qaytarılması” qeyri-mümkündür. Bu açıq müharibə elan etməkdir. Görünür, ermənilərin başı yenidən əzilmək istəyir. 44 günlük müharibədən isə özlərinə dərs götürməyiblər.
Bildirək ki, erməni müxalifəti rusların marionetkasıdır və daha çox Moskvaya güvənirlər. Onlar hesab edirlər ki, əgər hakimiyyətə gələrlərsə, Rusiya onlara ciddi dəstək verib, hətta müharibəyə başlamalarına “yaşıl işıq” yandıracaq. Lakin Rusiya Ukrayna bataqlığında çabalayır, bütün ciddi mövqelərini itirib, məğlubiyyətin bir addımlığındadır, üstəlik, Qafqazda yeni bir münaqişənin başlanması onun bu bölgəni tamamilə itirməsi deməkdir. Digər tərəfdən, 44 günlük Vətən Müharibəsi də təsdiq etdi ki, Azərbaycan Ordusu istənilən döyüş qabiliyyətinə malikdir və Rusiyanın da qarşısında duracaq gücü var. Həmçinin bu prosesdə Türkiyənin seyirçi qalacağı da inandırıcı deyil.
Bir sözlər, revanşistlər Ermənistanın müstəqilliyi ilə oynamaq fikrindədirlər. Müharibəyə başlarlarsa, bunun layiqincə və daha ağır formada cavabını alacaqlar. Buyursunlar, xüsusi təyinatlılarımız və şanlı əsgərimiz onların yolunu gözləyir.
1 366 dəfə oxundu