Şeyxin qudası uduzmağından danışdı: "Mən 1-2 hektarlıq torpağı bağışlamış insanam.."
“Söhbət 25 milyon dollar dəyərində olan bağdan gedir. Ona görə bu məbləğin adını çəkən yoxdur. “50-60 sot” deyib məbləği dəyərdən salmaq istəyirlər. Elə təəssürat yaradırlar ki, guya Hacı Qalib 60 sot torpaq davası edir. Mən 1-2 hektarlıq torpağı bağışlamış insanam…”
Gundeminfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a sabiq deputat Hacı Qalib Salahzadə məhkəmədə sabiq spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğluya Bilgəhdəki bağ evini uduzması barədə danışərkən deyib.
O bildirib ki, hakim Tahirə Əsədova Azərbaycanda birbaşa Rəsul Quliyevin tapşırığını yerinə yetirir: “Mən 14 ildir ki, bu evdə qeydiyyatdayam. Tahirə Əsədova 1 il ərzində söhbəti fırlatdı. Rəsul Quliyevin evləri, otelləri üçün konkret qərar çıxartdı. Heç guya mənim orda evim yoxdur. Halbuki qeydiyyatdayam. Onların boş torpaq sahəsində evləri var. 60 sota dair sənəd olduğu halda, deyirlər ki, bu yerlərin hamısı Rəsul Quliyevə məxsusdur. Mənim irili-xırdalı 8 evim var. T.Əsədova isə deyir ki, orda cəmi iki ev var, digərləri xırdadır, ev sayılmır. Bütün sənədləri məhkəməyə təhvil vermişəm, çıxarış da var. O vaxt Rəsul Quliyev qaçıb gedəndən sonra söhbət qaldırdılar ki, guya bu ev Quliyevə məxsusdur. Mən də sənədləri verdim baxdılar. Heydər Əliyev o zaman bildirdi ki, evi Quliyev alıbsa, axı notariat sənədləri olmalıdır. İndi hakim çıxıb ortaya, elə bil hakim deyil. Ancaq bunu deyir ki, mənə belə göstəriş veriblər, belə etməliyəm. Gizlətmədən açıq-aşkar bunun sifariş olduğunu etiraf edir. Sabunçu rayonunda məhkəmənin sədri İlqar Abbasov bunların rəhbəridir. Mənim özümlə 2 saat çay içib, xahiş etdi, danışdı. Bildirdi ki, Prezident Administrasiyasından göstəriş var, bu cür həll etməlidir. Sonradan bildim ki, məni aldadıb. Bunların hamısı böyük oyundur”.
2 063 dəfə oxundu